“Sumqayıt” Nazim Süleymanovu istefaya göndərdi

sumqayit-nazim-suleymanovu-istefaya-gonderdi
Oxunma sayı: 1461

“Sumqayıt” baş məşqçisi Nazim Süleymanovla yolları ayırıb.

“Qafqazinfo” xəbər verir ki,  təcrübəli mütəxəssis səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilib. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim edib. 
 
Qeyd edək ki, 53 yaşlı çalışdırıcı yayda klubun "sükanı araxsı"na keçmişdi.