“Sumqayıt” - “Qarabağ” matçında dava düşdü - Azarkeşlər oturacaqları qırdı

sumqayit-qarabag-matcinda-dava-dusdu
Oxunma sayı: 3360

Azərbaycan Premyer Liqasının 28-ci turunda hazırda davam edən “Sumqayıt” - “Qarabağ” matçında ara qarışıb.

“Qafqazinfo” Offsideplus.az-a istinadən xəbər verir ki, matçın ilk hissəsində iki klubnun azarkeşləri bir-birilərinin əleyhinə şüarlar səsləndiriblər.

Bundan sonra tribunalarda qarışıqlıq düşüb. Azarkeşlər oturacaqları qıraraq bir-birilərinə atıblar.

Polis dərhal çılğın azarkeşlərə müdaxilə edib. 4 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, matçda ilk hissədən sonra hesab dəyişməyib.