“Sumqayıt” “Qarabağ”la oyundakı dava xəbərini təkzib etdi

“Sumqayıt” “Qarabağ”la oyundakı dava xəbərini təkzib etdi
Oxunma sayı: 638

Martın 3-də Azərbaycan Premyer Liqasının 28-ci turunda baş tutan“Sumqayıt” - “Qarabağ” matçında qarşıdurma yarandığı, 4 azarkeşin polis tərəfindən saxlanıldığına dair xəbər yayılıb.

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “Qafqazinfo”ya açıqlamasında xəbəri təkzib edib:

“Dünən “Sumqayıt”la “Qarabağ” arasında Premyer Liqanın 18-ci turunun növbəti oyunu keçirildi. Oyuna maraq olduqca böyük idi. Qarşılaşma dolu tribunalar önündə keçirildi. Bəzi mətbuat orqanlarında qarşılaşma zamanı iki komandanın azarkeşləri arasında münaqişə yaşandığına dair xəbərlər yazılıb. Bundan başqa Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən bir neçə azarkeşin saxlanılması barədə xəbərlər yayılıb. Lakin Polis İdarəsindən aldığımız məlumata əsasən, heç bir azarkeş idarəyə aparılmayıb. Azarkeşlər arasındakı xırda insident isə futbolun bir parçası olduğu üçün bunu önəmsəməyə ehtiyac yoxdur”, - deyə R. Məmmədov qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi