“Sumqayıt”- “Qəbələ” matçında gərgin anlar - Video

sumqayit-qebele-matcinda-gergin-anlar
Oxunma sayı: 1995

Topaz Premyer Liqasının IX turunda baş tutan “Sumqayıt” - “Qəbələ” oyununun son dəqiqələrində qalmaqal yaşanıb.  
 
“Qafqainfo” xəbər verir ki, oyunun 89-cu dəqiqəsində qonaq komandanın futbolçusu Bəhlul Mustafazadə rəqib futbolçunu vurub. Matçın baş hakimi Orxan Məmmədov bu hərəkətinə görə gənc futbolçuya qırmızı vərəqə göstərib.  Hakimin bu qərarı “Qəbələ”nin texniki zonasında yerləşən şəxsləri narazı salıb.  Baş məşqçisi Sənan Qurbanov və köməkçi-məşqçi Elmar Baxşıyev öz etirazlarını bildiriblər.  

“Qırmızı-qaralar”ın texniki zonada əyləşən futbolçusu Rauf Əliyev də cəzasız qalmayıb. O, hakimin qərarına sərt şəkildə etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılb.  Bu isə o deməkdir ki, qırmızı vərəqə alan hər iki futbolçu növbəti turda komandalarına kömək edə bilməyəcəklər. 

Qeyd edək ki, görüş 2:2 hesablı bərabərliklə başa çatıb.