Sentyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turunun iki oyunu keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, tur çərçivəsində “Sumqayıt” “Sabah”ı, "Səbail" isə "Qəbələ"ni qəbul edib.
İlk matç sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 34-cü dəqiqəsində Sərdar Taşkın olub.
İkinci qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rövlan Muradov 17-ci dəqiqədə baxımlı qolla hesabı açıb. Meydan sahibləri isə 68-ci dəqiqədə tarazlığı bərpa edə bilib - Mirabdulla Abbasov fərqlənib.
Qeyd edək ki, turun "Neftçi" - "Keşlə" qarşılaşması sentyabrın 22-də, "Zirə" - "Qarabağ" görüşü isə sentyabrın 23-də olacaq.