Sumqayıt sakinindən narkotik tapıldı

Sumqayıt sakinindən narkotik tapıldı
Oxunma sayı: 547

Özünü şübhəli aparan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Kərimov saxlanılıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Polis İdarəsində onun üzərinə baxış zamanı 0,991 qram narkotik maddə hesab edilən heroin aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Kərimovun yaşadığı evə də baxış keçirilib. Bu zaman oradan  külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 2 kiloqram 995 qram heroin olması barədə rəy verilib.

Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni qabaqcadan cinayət əlaqəsinə girdiyi şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi