Sumqayıt və iki rayonda qaz olmayacaq

Sumqayıt və iki rayonda qaz olmayacaq
Oxunma sayı: 713

Sumqayıt, Şamaxı və Ağstafanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsal Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir və sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan 17:00-dək Şamaxı rayonunun mərkəzində və 1 qəsəbədə, həmçinin saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi