“Sumqayıt” və “Zirə” məğlub oldu

“Sumqayıt” və “Zirə” məğlub oldu
Oxunma sayı: 731

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” və “Zirə” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, “Sumqayıt” Serbiya təmsilçisi “Mladost”la qarşılaşıb.

Matç “kimyaçılar”ın böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:4.

Xatırladaq ki, “Sumqayıt” əvvəlki yoxlama oyunlarını Rumıniyanın “Konkordiya” (0:1), Makedoniyanın “Akademiya Pandev” (1:1) və Rusiyanın “Anji” (0:1) klublarına qarşı keçirmişdi.

“Zirə” isə Macarıstanın “Haladaş” klubu ilə qarşılaşıb. Matç “Zirə”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, Ayxan Abbasovun yetirmələri bundan öncə keçirdiyi oyunlarda Rumıniyanın “Voluntari” klubunu məğlub edib (2:0), Rusiyanın “Avanqard” komandasına isə uduzub (0:3).

Yoxlama oyunu

“Zirə” – “Haladaş” - 1:2

 “Sumqayıt” – “Mladost” - 0:4


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi