“Sumqayıt” xal fərqini azaltdı - Uğurlu seriya davam edir

“Sumqayıt” xal fərqini azaltdı
Oxunma sayı: 912

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, qış fasiləsindən sonra 2018-ci il ərzində ölkə çempionatında keçirdiyi heç bir oyunda məğlub olmayan “Sumqayıt” uğurlu seriyanı davam etdirib.

Öz meydanında “Keşlə”ni qəbul edən “Sumqayıt” matçdan 2-1 hesabı ilə qalib ayrılıb və 2-ci pillədəki “Qəbələ” ilə xal fəqini 3-ə endirib.

“Sumqayıt” - “Keşlə” - 2:1

Qollar: Bəhlul Mustafazadə, 58, Ehtiram Şahverdiyev, 83 - Məqsəd İsayev, 68

Qırmızı vərəqə: Məqsəd İsayev, 81


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi