“Sumqayıt” yenə “Qarabağ”ı büdrətdi - Video

“Sumqayıt” yenə “Qarabağ”ı büdrətdi
Oxunma sayı: 1541

Azərbaycan Premyer Liqasının 18-ci turunda daha bir matç keçirilib.

“Qafqazinfo” xəbər verir ki, lider “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb.

Meydan sahibləri güclü rəqibinə qarşı ciddi müqavimət göstərib. Hətta hesabı açmağa da nail olbular. Lakin, bu üstünlüyü qorumaq mümkün olmayıb.

“Qarabağ” bərabərlik qolunu vuraraq meydanda 1 xalla ayrılıb.

Qeyd edək ki, bu iki komanda kubokda da üz-üzə gəlmiş və “Sumqayıt” mərhələ adlamışdı.

“Sumqayıt” – “Qarabağ” - 1:1

Qollar: Amil Yunanov, 49 - Pedro Enrike, 75


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi