Sumqayıta gedən yol bağlıdır

sumqayita-geden-yol-baglidir
Oxunma sayı: 1697

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edib. 

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yolda üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən hərəkət 1 günlük məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.