Sumqayıta gedən yolun tikintisi nə vaxt başa çatacaq?

sumqayita-geden-yolun-tikintisi-ne-vaxt-basa-catacaq
Oxunma sayı: 656

"Azəryolservis" ASC-dən Trend-ə bildirilib ki, layihələndirilən avtomobil yolu Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Fatmayi, Novxanı istiqamətində davam etməklə, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-liyi ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək.

Mərhələli şəkildə davam etdirilən tikinti işləri Bilgəh qəsəbəsindən Kürdəxanıya qədər olan 14 km-lik hissədə həyata keçirilir. Layihə üzrə nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün iki yol ötürücüsü və 3 piyada keçidinin inşası nəzərdə tutulub.

Artıq 14 km-lik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülüb, bir yol ötürücüsü, bir piyada keçidi və yolun 5 km-lik hissəsində işlər tamamlanıb. Qeyd olunan hissənin 2012-ci ildə başa çatdırılması planlaşdırılır.