Sumqayıtda 51 yaşlı kişi dənizdə batıb

sumqayitda-51-yasli-kisi-denizde-batib
Oxunma sayı: 2072

Sumqayıtda 51 yaşlı kişi dənizdə batıb.
 
“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlunun Sumqayıt şəhərində dənizdə batması barədə məlumat daxil olub.
 
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.