Sumqayıtda aptekdən oğurluq edən tutuldu - Foto+Video

sumqayitda-aptekden-ogurluq-eden-tutuldu
Oxunma sayı: 2166

Sumqayıtda aptekdən oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 2-ci mikrorayon ərazisində yerləşən apteklərdən birindən gecə saat 04:21 radələrində  Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. 

Hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə polis bölməsinə təhvil verilib.

Qeyd edək ki, saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də, onun bu niyyətinin qarşısı alınıb. Polis bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub. 

Faktla bağlı E.Nəzərov barəsində araşdırmalar davam etdirilir.