Sumqayıtda avtobusun üstünə dəmir konstruktor aşdı - Video

sumqayitda-avtobusun-ustune-demir-konstruktor-asdi
Oxunma sayı: 3539

Sumqayıt şəhərində güclü külək marşrut avtobusuna ziyan vurub.

Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev “Qafqazinfo”ya bildirib ki, hadisə bu gün günorta saatlarında Şərq bazarının qarşısında qeydə alınıb. Xəttə yeni çıxan 7 saylı marşrut avtobusunun pəncərəsinə ərazidə abadlıq işləri üçün quraşdırılan dəmir konstruktor aşaraq dəyib. Həmin dəmir konstruktorun küləyin təsiri nəticəsində aşdığı bildirilir. Avtobusda sərnişin olmadığı üçün xəsarət alan da olmayıb.

E.Qocayev əlavə edib ki, İH-də yaradılan qərargaha küləyin fəsadları ilə bağlı başqa hər hansı müraciət daxil olmayıb. Sumqayıtda külək ağaclara da ziyan vurmayıb.

Murad Əhməd