Sumqayıtda azyaşlının üzərinə qaynar yağ dağılıb

sumqayitda-azyaslinin-uzerine-qaynar-yag-dagilib
Oxunma sayı: 1503

Sumqayıtda azyaşlının üzərinə əridilmiş qaynar yağ dağılıb.

“Qafqazinfo”nun məlumatına görə,hadisə 1-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Əliyev Xəlil Məmməd oğlu yaşadığı 1-ci mikrorayon ev 26/35 mənzil 44-də ehtiyatsızlıqdan üzərinə əridilmiş  qaynar yağ dağılıb. Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır

Emin Kərimov