Sumqayıtda binada yanğın - Sakinlər təxliyyə edildi

sumqayitda-binada-yangin
Oxunma sayı: 1828

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, binanın pilləkən qəfəsində quraşdırılmış 8 ədəd sayğac, 8 ədəd qoruyucu açar və 2 p.m elektrik kabeli yanıb. Yanğın zamanı binadan 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.