Sumqayıtda binada yanğın - Sakinlər təxliyyə olunub

sumqayitda-binada-yangin
Oxunma sayı: 633

Sumqayıt yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Sumqayıtda yanğın Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 m2 olan 1 otaqlı mənzildə baş verib. Nəticədə 1 ədəd divan yanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.