Sumqayıtda dəhşət - Bir evdən 6 meyit çıxarıldı + Yenilənib

Sumqayıtda dəhşət
Oxunma sayı: 18385

Sumqayıtda bir evdə 6 meyit tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər. 

Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

***

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.

Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.

***

Hadisə şahidlərinin sözlərinə görə, ailə Füzuli rayonundandır və həmin binanın zirzəmisində yaşayırmış.

***

Vəfat edənlər kişi, həyat yoldaşı, qızı və nəvələridir.

***

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, həlak olan şəxslər bunlardır:

1961-ci il təvəllüdlü Rafiq Hüseynov

1965-ci il təvəllüdlü Yeganə Hüseynova

1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova

2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov

2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova 

2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova 

Murad Əhməd



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi