Sumqayıtda dəhşət - İntihar edən abituriyentin anası özünü öldürdü

sumqayitda-dehset
Oxunma sayı: 12016

Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında baş verib. 

1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, X. Rüstəmova bu ilin may ayının 15-də özünü həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır.

Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal topladığı üçün özünü binanın damından ataraq intihar etmişdi.