Sumqayıtda ev yandı, 1 nəfər xəsarət aldı

Sumqayıtda ev yandı, 1 nəfər xəsarət aldı
Oxunma sayı: 774

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi