Sumqayıtda ev yandı - Ata və qızı xəsarət aldı

sumqayitda-ev-yandi
Oxunma sayı: 1422

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıblar.

Ata və qızı xilas edilərək xəstəxanaya aparılıblar.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.