Sumqayıtda ev yanıb külə döndü - Video + Yenilənib

sumqayitda-ev-yanib-kule-dondu
Oxunma sayı: 1403

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün axşam saat 22:00-da Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən 2 otaqlı fərdi taxta evlərdən birində güclü yanğın baş verib.

Yanğın nəticəsində xəsarət alan olmayıb, evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. 

***

FHN də Sumqayıtdakı yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, ümumi sahəi 600 m2 olan, birmərtəbəli 8 mənzildən ibarət yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 125 m2 olan 4 otaqlı mənzilin taxta konstruksiyalardan ibarət 3 otağı və içərisindəki əşyalar 100 m2sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.