Sumqayıtda gözəllik salonu yandı

sumqayitda-gozellik-salonu-yandi
Oxunma sayı: 1702

Sumqayıt şəhərində ümumi sahəsi 50 m2 olan tikilinin (gözəllik salonu kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

"Qafqazinfo"nun FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​