Sumqayıtda hamamdan 16 yaşlı qızın cəsədi tapıldı

sumqayitda-hamamdan-16-yasli-qizin-cesedi-tapildi
Oxunma sayı: 1641

Sumqayıtda yeniyetmə qız naməlum səbəbdən ölüb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Həsənova Ceyranxanım Ehtiram qızı yaşadığı fərdi yaşayış evinin hamamında ölü vəziyyətdə tapılıb.

Hüquq mühafizə orqanları əməkdaşları hadisə yeri və meyitə baxış keçirib, meyit daxili və xarici müayinə edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.