Sumqayıtda intihara cəhd edənin kimliyi məlum oldu - Yenilənib

sumqayitda-intihara-cehd-edenin-kimliyi-melum-oldu
Oxunma sayı: 1815

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər kişi onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində liftin şaxtasının eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
 
Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

***

APA-nın xəbərinə görə, Sumqayıtda yaşayış binasının 16-cı mərtəbəsindən özünü atmaq istəyən 33 yaşlı Vəliyev Natiq Nadir oğludur.
 
İnsidentin iş yerində baş verən hadisə ilə əlaqədar olduğu bildirilir.