Sumqayıtda İran vətəndaşını öldürənlər tutuldu

sumqayitda-iran-vetendasini-oldurenler-tutuldu
Oxunma sayı: 1999

Oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. 

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq müvafiq ekspertizalar təyin edilib.

Hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev tutulub.

Müəyyən olunub ki, 5 şübhəli şəxs quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gələrək evə qanunsuz daxil olublar və Saman Mohtatini qəsdən öldürüblər. Lakin onlar evdən hər hansı bir əmlak əldə edə bilməyərək hadisə yerindən qaçıblar.

Murad Əhməd