Sumqayıtda kişi özünü 5-ci mərtəbədən atıb

sumqayitda-kisi-ozunu-5-ci-mertebeden-atib
Oxunma sayı: 804

Sumqayıtda intihar hadisəsi baş verib.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon, ev 29/4 ünvanında qeydə alınıb.

Şəhər sakini Xaqani Kazımov özünü 5-ci mərtəbənin eyvanından ataraq intihar edib. Onun meyiti səhər saatlarında binanın həyətində aşkar edilib.

X.Kazımovun təxminən 45-50 yaşlarında olduğu bildirilir. İntihar zamanı o evdə tək olub. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.