Sumqayıtda “Ləzgilərin mağazası” yandı - Video+ Yenilənib

sumqayitda-lezgilerin-magazasi-yandi
Oxunma sayı: 7871

Sumqayıtda yanğın baş verib. 

“Qaqazinfo”nun FHN-in saytına istyinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, 14-cü məhəllədə yerləşən ikimərtəbəli mağazanın dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 
Məlumata görə, yanğın “Bərəkət" mağazasında baş verib. 
 
Əlavə məlumat veriləcək.

***

“Qafqazinfo” xəbər verir ki, sözügedən obyekt Sumqayıtda “Ləzgilərin mağazası” kimi də məşhurdur.

***

FHN-in xəbərinə  görə, Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən “Bərəkət” marketdə baş vermiş yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 m² sahədə yanıb.
 
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.