Sumqayıtda maşın işıq dirəyinə çırpıldı - 1 ölü, 3 yaralı

sumqayitda-masin-isiq-direyine-cirpildi
Oxunma sayı: 2113

Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, martın 7-də saat 23 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində Köhnə Kotec qəsəbə sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Sumqayıt şəhər sakini E.Bağırov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.