Sumqayıtda qəza, ölən var

sumqayitda-qeza-olen-var
Oxunma sayı: 2002

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “OKA” və "Hyundai" markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Qəza zamanı 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlu həlak olub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.