Sumqayıtda qumarxana aşkarlandı

sumqayitda-qumarxana-askarlandi
Oxunma sayı: 669

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Şamil Quliyevin icarəyə götürdüyü müəssisədə qumarxana və qanunsuz totalizator oyunlarını təşkil etməsi müəyyən edilib.“Qafqazinfo” nun DİN-in saytına istinadən məlumata görə, qumarxanaya baxış zamanı 8 ədəd kompyuter dəsti, 3 ədəd noutbuk, 158 manat uduşa qoyulmuş pul, 200 ədəd hesab kuponu və digər əşyalar aşkar edilərək götürülmüşdür.