Sumqayıtda restoranda qadın-kloun öldü

sumqayitda-restoranda-qadin-kloun-oldu
Oxunma sayı: 6007

Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb. Hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.

“Qafqazinfo” “Report”a isitnadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızı restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Qadının hansı səbəbdən dünyasını dəyişdiyi bilinməsə də, ekspertıza zamanı onun içkili olduğu məlum olub.

Hazırda ölüm səbəbi müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.