Sumqayıtda silsilə oğurluqlar edən şəxs tutuldu

sumqayitda-silsile-ogurluqlar-eden-sexs-tutuldu
Oxunma sayı: 703

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ceyhun Fyodorovun bir neçə digər oğurluq cinayətlərini törətməsi də müəyyən edilib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan C.Fyodorovla bağlı Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurlaması da müəyyən edilib.