Sumqayıtda universitetin girişində sütunlu tavan çökdü

sumqayitda-universitetin-girisinde-sutunlu-tavan-cokdu
Oxunma sayı: 2584

Bu gün saat 15:30-da Sumqayıt Dövlət Universitetinin (SDU) əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çökərək yararsız vəziyyətə düşüb.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib.
 
O bildirib ki, öncədən əmələ gələn çatlar nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb.  
 
N. Cəlilli qeyd edib ki, hadisə barədə müvafiq strukturlara məlumat verilib.