Sumqayıtda uşağın əli ətçəkən maşında qaldı

sumqayitda-usagin-eli-etceken-masinda-qaldi
Oxunma sayı: 1199

Sumqayıtda azyaşlının əli ətçəkən maşında qalıb. 

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri uşağa lazımi köməklik göstərib və onu aidiyyəti üzrə təhvil veriblər.