Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi
Oxunma sayı: 6840

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıta səfəri çərçivəsində dənizkənarı bulvarda olub və sakinlərlə söhbətləşib.

“Qafqazinfo” xəbər verir ki, söhbət əsnasında sakinlər arasında olan tələbələrdən biri dövlət başçısına müraciət edərək xahişini dilə gətirib: “Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza xoş gəlmisiniz. Tələbələrin təqaüdünü artırdığınıza görə Sizə çox təşəkkür edirəm. Tələbələr adından Sizdən bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və bizim tələbələrin orada yerləşdirilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik”.

Prezident bu məsələni də həll edəcəyini qeyd edib: “Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək”.

 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi