“Sumqayıt”dan bir gündə iki müqavilə

sumqayitdan-bir-gunde-iki-muqavile
Oxunma sayı: 1261

Azərbaycan Premyer Liqasında çıxş edən klublar növbəti mövsüm üçün heyətlərini formalaşdırmağa davam edirlər.

“Qafqazinfo” xəbər verir ki, “Sumqayıt” klubu 1 gündə iki transfer həyata keçirib.

“Qəbələ”dən Yusif Nəbiyev və “Kəpəz”dən Şəhriyar Əliyevlə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yusif Nəbiyev 2016/2017 mövsümündə də “Sumqayıt”ın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.

25 yaşlı Şəhriyar isə “Bakı”və “Qarabağ”da çıxış edib. O, Azərbaycanın U-21 və əsas heyətində də forma geyinib.