“Sumqayıt”dan növbəti transfer

“Sumqayıt”dan növbəti transfer
Oxunma sayı: 803

“Sumqayıt” dövrələrarası fasilə zamanı Elnur Abdullayevdən sonra növbəti transferini reallaşdırıb. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən klub son olaraq “Zirə”də çıxış etmiş Nicat Qurbanovu heyətinə qatıb. 1992-ci il təvəllüdlü futbolçu "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. 

Nicat yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Nicat karyerası ərzində "Zirə"dən başqa, "Simurq", "Neftçi", AZAL və "Kəpəz"in şərəfini qoruyub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi