“Sumqayıt”ın baş məşqçisi qovuldu - Lövhəni yumruqladı

sumqayitin-bas-mesqcisi-qovuldu
Oxunma sayı: 1919

Azərbaycan kubokunun 1/4 final mərhələsində baş tutan "Keşlə" - "Sumqayıt" oyunu qalmaqalla yadda qalıb.

"Qafqazinfo" xəbər verir ki, matçın 78-ci dəqiqəsində "Sumqayıt"ın əks-hücumu zamanı rəqib futbolçu Cavid İmamverdiyevin qarşısını kobudluqla alıb.

Lakin matçın baş hakimi Rəhim Həsənov Bakı klubunun futbolçusuna sarı vərəqə göstərməyib.  Qonaqların baş məşqçisi Samir Abasov da referinin qərarına kəskin etiraz edib. Nəticə baş hakim Rəhim Həsənov çalışdırıcını texniki zonadan qovub. 

Sakitləşməyən Abasov bunun əsəbini stadionun divarında asılmış lövhəyə yumruq vurmaqla çıxıb. Daha sonra o yenidən hakimlərlə mübahisə edib. Sonda Abasovu texniki zonadan göndərmək mümkün olub.