“Sumqayıt”ın futbolçusu Azərbaycan çempionatları tarixinə düşdü

“Sumqayıt”ın futbolçusu Azərbaycan çempionatları tarixinə düşdü
Oxunma sayı: 1527

Topaz Premyer Liqasının XI turu “Sumqayıt”ın yubiley qələbəsi ilə əlamətdar olub. “Qafqazinfo” xəbər verir ki, “Keşlə”ni ev oyununda 3:1 hesabı ilə məğlub edən “Gənclik şəhəri” təmsilçisi yüksək dəstədə 50-ci qələbəsini qazanıb.

2011/12 mövsümündən Premyer Liqada çıxış edən sumqayıtlılar buna 207-ci matçda nail olublar. Bir sözlə, komanda keçirdiyi matçların 24 faizində qələbə qazanıb. Hesabında 55 heç-heçə də olan “Sumqayıt” 102 dəfə məğlub olub.

“Kapital Bank Arena”da keçirilən görüş həm də mövsümün rekordu ilə əlamətdar olub. 87-ci dəqiqədə meydana çıxan Rüfət Abdullazadə 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçu olub. O, 16 yaş 291 günlüyündə çempionatda debüt edib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi