“Süni intellekt nüvə silahından təhlükəlidir” - İlon Mask

suni-intellekt-nuve-silahindan-tehlukelidir
Oxunma sayı: 1717

SpaceX və Tesla-nın yaradıcısı İlon Mask hesab edir ki, neyron şəbəkələr ölümcül təhlükə daşıyırlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mask kosmik texnologiyalar və Marsa səyahətlə bağlı çıxış etdiyi konfransda deyib. O bildirib ki, süni intellektin inkişaf dərəcəsi onu nüvə silahından da təhlükəli edir. Mask qeyd edib ki, insanlar süni intellektin özünüinkişafdakı imkanlarını  qiymətləndirə bilmirlər. 

Milyarder hesab edir, süni intellektin bütün mərhələlərdə tədqiqi tərəqqisini xüsusi orqanlar və ya proqramlar nəzarətdə saxlamalıdırlar. Onlar qərar verməlidirlər ki,  bu və ya digər sistem insanlıq üçün təhlükə yaradırmı, yoxsa yox.