Əmək bazarının analizi ilə məşğul olan “Glassdoor Economic Research” konsaltinq şirkətinin hesabatına əsasən artıq günümüzdə süni intellekt sayəsində yeni peşələr yaranır.
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, indiki vaxtda ən çox tələb olunan peşələr siyahısında süni zəka koderləri 11% təşkil edir.
Lakin proqramçılıqla əlaqəsi olmayan gözlənilməz yeni peşələr də yaranıb. Məsələn, botlar və digər dialoq interfeysləri üçün mətnlər yazan kopirayterlər, süni zəka barəsində yazan jurnalistlər.
Virtual köməkçiyə sahib evlər üçün olan ağıllı cihazların yeni bazarı dizayner peşəsini daha da tələb olunan edib. Bu cür cihazları bazara çıxarmaq üçün marketoloqlara və texniki direktorlara tələbat artıb.
Bundan başqa, ən çox tələb olunanlar siyahısında həmçinin intellektual mülkiyyətin qorunması üzrə hüquqşünaslar da var. Tədqiqatlara əsasən ABŞ-da adları sadalanan yeni peşələrə işçi götürən böyük şirkətlər arasında “Amazon”, “Nvidia”, “Microsoft” və “IBM” var.