“Süni intellekt Şimali Koreyadan daha təhlükəlidir” - Elon Mask

suni-intellekt-simali-koreyadan-daha-tehlukelidir
Oxunma sayı: 664

Məşhur biznesmen Elon Mask süni intellektin dünyaya təsiri ilə bağlı növbəti proqnozunu açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ABŞ və Şimali Koreya arasında davam edən gərginlik və müharibə ehtimalı barədə danışan Mask, süni intellektin Şimali Koreyadan daha təhlükəli olduğunu deyib.

Marsda koloniya qurmaq istəyən Mask hesab edir ki, bir gün insanların öz əli yaratdığı texnikalar insanlara qalib gələcəklər:

“Heç kim idarə edilməyi sevməz. Amma hər şey – maşınlar, təyyarələr, yeməklər, dərmanlar və.s insanı nizama salan təhlükələrdir. Süni intellekt də…”, - deyə Elon Mask bildirib.

Qeyd edək ki, 46 yaşlı milyarder bir neçə şirkətin qurucusudur. Onun hazırda sahibi olduğu “SolarCity” şirkəti günəş enerjisi sistemlərinin təchizatçısıdır.