“Süni mayalanma etdirməmişəm”- - Rəqsanə

suni-mayalanma-etdirmemisem-
Oxunma sayı: 1927


“Allaha şükür ki, iki qızım var. Süni yollara heç vaxt əl atmamışam. Bu xəbərlər yalandır. Hazırda Moskvadayam. Bu gün Bakıya gələcəm. İşlərimlə bağlı uzun müddətdir ki, Türkiyəyə gedə bilməmişəm. Xəbərdə yazılıb ki, məni Türkiyədə klinikada görüblər, süni mayalanma etdirirmişəm, şahidləri də var imiş. O şahidləri üzə çıxarsınlar.  Mən heç bir klinikada olmamışam. Sadəcə deyirəm ki, ayıb olsun. Bu qədər yalan olmaz. Hətta qızıma zəng edib soruşublar ki, anan süni mayalanma ilə uşaq sahibi olub. Mənim övladımdan belə şeyləri soruşmağa sizin nə haqqınız var? Səhərdən telefonlarım susmur, hamı zəng edir. Başım qızımla  aparacağım verilişin hazırlıqlarına, klip çəkilişlərinə qarışıb. Övlad gözəl şeydir, Allah hər kəsə qismət etsin. Üçüncü dəfə ana olmaq istəsəm, bu süni yolla olmayacaq. Hər zaman susmuşam, artıq susmayacam. Üçüncü dəfə ana olsam bunu özüm açıqlayacam.  Mənə böhtan atmaq lazım deyil,  ayıbdır. Jurnalistlərlə münasibətlərim hər zaman gözəl olub. Yalan xəbər yazanlara demək istəyirəm ki, yalan məlumatlar yazmayın, ilk öncə mənim mövqeyimi öyrənin.”

Qeyd edək ki, Rəqsanə İsmayılovanın süni mayalanma yollu ilə üçün dəfə olmağa hazırlaşması  haqda xəbəri publika.az saytı yayıb.  

Könül