Süni mayalanma ilə doğulan ilk əkizlərin 14 yaşı olur

suni-mayalanma-ile-dogulan-ilk-ekizlerin-14-yasi-olur
Oxunma sayı: 2457

Azərbaycanda ilk dəfə süni mayalanma ilə uşaqların dünyaya gəlməsindən 14 il ötür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azər Türk Med Klinikasının baş həkimi Ersadik Turan paylaşıb. O bildirib ki, bu, Azərbaycanın tibb tarixində önəmli bir yer tutur:

“Süni mayalanma ilə doğulan bir qız və bir oğlan artıq 14 yaşını qeyd edir. Onları təbrik edir, sağlam ömür və gözəl günlər arzu edirik”.