“Süni mayalanma xidmətlərinin inkişafı” ilə bağlı seminar keçirilib

suni-mayalanma-xidmetlerinin-inkisafi-ile-bagli-seminar-kecirilib
Oxunma sayı: 634

2017-ci il 23 may tarixində Göygöl rayonunda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlqaləndirmə Ofisi və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişafı – TCP/AZE/3502” layihəsi çərçivəsində yekun seminar keçirilib.

"Qafqazinfo" xəbər verir ki, seminarda mütəxəssis hazırlığı, xüsusi təyinatlı avadanlıqlarla təchizat, beynəlxalq əlaqələrin gurulması, ölkə daxilində heyvanların süni mayalandırılması tədbirlərinin miqyasının genişləndirilməsi və səmərəliliyinin artırılmasına layihə tərəfindən verilmiş tövhələr və əldə edilmiş təcrübə müzakirə edilib.

FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin əməkdaşı Tibor Szucs regionda heyvanarlığın inkişafı sahəsində FAO-nun dəstəyi ilə həyata keçirilən layihələr haqqında təqdimatla çıxış edib, icrası başa çatmış layihədən əldə edilmiş təcrübənin digər ölkələrdə tətbiq edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Vurğulanıb ki, layihə icra proqramına uyğun həyata keçirilmiş və hədəf göstəricilərinə nail olunub.

Seminarda FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri xanım Mələk Çakmak və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın İnkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev iştirak edib.