Süni zəka 27 il əvvəl itmiş uşağı tapdı - Foto

Süni zəka 27 il əvvəl itmiş uşağı tapdı
Oxunma sayı: 44

Üz tanıma texnologiyasından istifadə edən “Baidu” şirkəti, 33 yaşlı Çin sakininə öz ailəsini tapmaqda kömək edib.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, alqoritm, üz cizgilərini 99% dəqiqliklə qarşılaşdırır və itmiş uşaqların tapılması məsələsində yeni həll üsulu təklif edir. 1990-cu ildə məktəbdən evə qayıtmalı olan 6 yaşlı Fu Gui oğurlanıb.

2009-cu ildə o öz uşaqlıq fotosunu “Baobeihuijia” adlı saytda paylaşıb. Bu sayt xeyriyyəçilik ilə məşğul olan təşkilat tərəfindən yaradılıb və əsas məqsədi, itmiş uşaqların öz ailələrini tapmağa kömək etməkdir.

Bu ilin yanvarda isə Guinin digər bir uşaqlıq fotosunu onun əsl atası Fu Guanfa paylaşıb. Fu Guinin paylaşdığı fotoda onun 10 yaşı, atasının paylaşdığı fotoda isə 4 yaşı var olub. Yaş fərqinin olmasına baxmayaraq "Baidu”nun üz tanıma texnologiyası, uyğunluğu qarşılaşdırıb. Fu Gui, “Baidu”dan fotoya və təsvirə uyğun variantları əldə edib. DNT testi isə onun bioloji valideynlərinin kimlərin olduğunu dəqiqliklə təsdiqləyib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi