Süni zəka jurnalistləri əvəzləyir

suni-zeka-jurnalistleri-evezleyir
Oxunma sayı: 657

Cənubi Koreyadan olan Soccerbot adlı jurnalist bot idman oyunları haqqında materiallar hazırlamağa başlayıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Məlumata əsasən 2016-2017 İngiltərə Premyer Liqasının futbol turnirləri çərçivəsində sözügedən sistem, 380-ə yaxın material hazırlayıb. Onlardan hər biri, oyunların bitməsinən 2-3 saniyə sonra izləyicilərə təqdim olunub. Bu sistem artıq uğurlu şəkildə test edilib.

Bot gələn ilin fevralında keçiriləcək Qış Olimpiya Oyunları üzrə də materiallar hazırlayacaq.

Ümumilikdə isə robotlaşdırılma sistemi artıq bir neçə ölkələrdə jurnalistikə sahəsinə tətbiq edilir. “Associated Press” agentliyi ötən il kiçik beysbol liqasının oyunları haqqında xəbərləri məhz süni zəkanın hazırlayacağını bildirmişdi.

Güman olunur ki, robo-jurnalistika həm sözügedən sahəni inkişaf etdirə, həmdə jurnalist obyektivliyini təhlükə altında qoya bilər.