Sünnət zamanı cinsiyyət orqanı kəsilən uşağın vəziyyəti yaxşıdır

sunnet-zamani-cinsiyyet-orqani-kesilen-usagin-veziyyeti-yaxsidir
Oxunma sayı: 1652

Gəncədə ev şəraitində edilən sünnət zamanı 82 yaşlı dəlləyin cinsiyyət orqanını zədələdiyi 4 yaşlı oğlanın vəziyyəti yaxşılığa doğru dəyişir. Bu barədə onun müalicə aldığı 2 saylı Uşaq Xəstəxanasından bildiriblər.

Həkim Rahət Hüseynlinin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, körpə kritik vəziyyətdən çıxıb. İndi onun səhhətində müsbətə doğru irəliləyiş var. Amma hələlik onun müalicəsi davam etdirilir.

Qeyd edək ki, noyabrın 21-də saat 19:30 radələrində Gəncə şəhər 2 saylı Uşaq Birləşmiş Xəstəxanasından Kəpəz RPİ-yə 4 yaşlı Nihat Faiq oğlu Rzayevin cinsiyyət orqanın kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olub. Polisin araşdırması zamanı məlum olub ki, elə həmin gün saat 15:00 radələrində 82 yaşlı Şəmsəddin Tağıyev ev şəraitində Nihat Rzayevi sünnət edərkən onun cinsiyyət orqanının bir hissəsini kəsib.